Facebook Instagram YouTube

Şagirdlərimiz kağız emalı zavodunda olublar

Announcements · 18.12.2019 Şagirdlərimiz kağız emalı zavodunda olublar
Mərkəzimizin 7 və 8-ci sinif şagirdləri 18 dekabr tarixində “Parlaq Gələcək” layihəsi çərçivəsində Azərsun Şirkətlər Qrupuna məxsus kağızın yenidən emalı zavoduna ekskursiyaya gediblər. Ekskursiya İngilis dili və Təbiət elmləri fənlərinin müəllimlərinin birgə işi əsasında baş tutub. Belə ki, kağız emalına səfərdən sonra Mərkəzimizin şagirdləri getdikləri ekskursiyaya dair essə yazıblar. Səfərdə məqsəd şagirdlərimizin dil bacarıqlarını inkişaf etdirməklə yanaşı onların ətraf aləmin mühafizəsi ilə bağlı biliklərini genişləndirmək olub.
 
Mərkəzimizdə şagirdlərimizin dünyagörüşlərinin daha da artırılması istiqamətində bir sıra tədbirlər keçirilir. Bu haqda ətraflı məlumat keçiddə: https://www.21century.edu.az/az/ourschool/events

Take the first step today towards your child’s successful future.

We invite you to get to know our school better. Schedule an individual meeting and ask your questions.