Facebook Instagram YouTube

Məktəbimizdə növbəti dəfə yoldaşlıq görüşü keçirilib

Announcements · 23.11.2019 Məktəbimizdə növbəti dəfə yoldaşlıq görüşü keçirilib

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mərkəzimizin şagirdlərdən ibarət futbol komandası ilə ölkəmizdə yaşayan qaçqın ailələrin uşaqlarından təşkil olunmuş komanda arasında yoldaşlıq görüşü keçirilib.

Şən və əyləncəli şəraitdə baş tutan görüşün keçirilməsində əsas məqsəd yeniyetmələr arasında həmrəylik mühiti formalaşdırmaq və onlarda qarşılıqlı anlaşma və tolerantlıq duyğularını inkişaf etdirməkdir.

Qeyd edək ki, əvvəlki yoldaşlıq görüşü 8 iyun 2019-cu il tarixində baş tutmuşdu. Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş həmin görüşdə ölkəmizdə yaşayan qaçqın ailələrin uşaqları ilə yanaşı müxtəlif ölkələrdən Azərbaycanda səfərdə olan uşaqlar da iştirak etmişdilər. Məktəbimizdə şagirdlərimizin təhsillə yanaşı qazandığı digər keyfiyyətlərlə bu keçiddə ətraflı tanış ola bilərsiniz.

 

Take the first step today towards your child’s successful future.

We invite you to get to know our school better. Schedule an individual meeting and ask your questions.