AZ RU EN
Facebook Instagram YouTube

Parlaq Zəkalar

Mərkəzimiz istedadlı şagirdlərin təşviq olunması, onların təhsil həyatına dəstək olmaq məqsədilə "Parlaq Zəkalar" güzəşt imtahanını açıq elan edir!

Azərbaycan bölməsi üzrə imtahanda iştirak edərək yüksək nəticə toplayan şagirdlər güzəştli təhsil imkanından yararlana biləcəklər. 

İmtahan 14 may tarixində təşkil olunacaqdır;

İştirak 5-7-ci siniflər üçün nəzərdə tutulur (2022-2023-cü tədris ili üçün tətbiq olunacaq);

İmtahan Azərbaycan bölməsi üzrə aparılır;

Əsas məqsəd ana dilində təhsil alan istedadlı şagirdlərin məntiqi və riyazi təfəkkürünü ölçmək, potensialını kəşf etmək və onlara özəl təhsil müəssisəsində təhsil alma fürsəti yaratmaqdır.

İmtahan nəticələrinə əsasən endirimlər aşağıdakı qaydada tətbiq olunacaqdır:

90% və daha yüksək nəticə göstərən şagirdlər100% güzəşt
85% və daha yüksək nəticə göstərən şagirdlər
50% güzəşt
75% və daha yüksək nəticə göstərən şagirdlər20% güzəşt

  • 1. İmtahanda iştirak üçün qeydiyyat ödənişlidir və 50 AZN təşkil edir.
  • 2. İmtahanda iştirak üçün Mərkəzin rəsmi saytında qeydiyyatdan keçərək müvafiq ödənişi həyata keçirmək tələb olunur.
  • 3. Qeydiyyat zamanı müraciət formasında "qeyd" bölməsinə “Parlaq Zəkalar” əlavə etmək mütləqdir.
  • 4. Qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlanaraq müvafiq kod təqdim olunacaq. Həmin kodu daxil edərək ödənişi həyata keçirə biləcəksiniz. 
  • 5. Ödəniş üçün ExpressPay terminallarında (Menyu => Təhsil => XXI Əsr => Kod) və        ya https://expresspay.az/payment/service/787 linkinə daxil olaraq müvafiq kodu daxil edərək ödənişi həyata keçirə bilərsiniz. 

Qeydiyyat üçün son tarix: 10 may 2022-ci il

Qeyd: Bu proqram istedadlı şagirdlərin dəstəklənməsi və təşviq olunması məqsədilə həyata keçirilən sosial layihədir. Nəzərinizə çatdırmaq istərdik ki, güzəşt, Mərkəzdə təhsil alacaq 20 şagird üçün tətbiq olunur. Eyni nəticə üzrə say çox olduğu təqdirdə bal sıralamasına uyğun güzəştlər tətbiq olunacaqdır.

 
Qeyd: Bölgü bu formada müəyyən edilir: 100% güzəşt 2 nəfər, 50% güzəşt 3 nəfər, 20% güzəşt 15 nəfər.

14 may 2022-ci il tarixində tarixində keçirilən imtahanın nəticələri

2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
100% universitetə qəbul
70% xarici universitetlərə qəbul

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın.

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.