Facebook Instagram YouTube

XXI QUEST Şagirdlərimizi Bilik Yarışında Birləşdirdi

Xəbərlər · 22.10.2026 XXI QUEST Şagirdlərimizi Bilik Yarışında Birləşdirdi

20–22 oktyabr tarixlərində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində ilk dəfə XXI QUEST bilik yarışı keçirildi.

Yarışda 16 komanda iştirak edərək müxtəlif mövzular üzrə bilik və bacarıqlarını sınadı. Şagirdlər yarışa böyük maraq və həvəslə hazırlaşaraq komandalar şəklində öz biliklərini nümayiş etdirdilər. Komandalar arasında yaranan sağlam rəqabət, qarşılıqlı əməkdaşlıq və suallara cavab tapmaq üçün göstərilən səylər yarışa xüsusi dinamika qatdı.

XXI QUEST-in əsas məqsədi şagirdlərin dünyagörüşünü genişləndirmək, onların yeni biliklər əldə etməsinə və qazandıqları bilikləri həm təhsil prosesində, həm də gündəlik həyatda tətbiq etməsinə şərait yaratmaqdır. Bu cür təşəbbüslər şagirdlərdə tənqidi düşünmə, komanda işi, problem həll etmə və qərarvermə bacarıqlarının inkişafına da töhfə verir.

XXI QUEST şagirdlərimiz üçün biliklərini sınamaq, yeni təcrübə qazanmaq və komanda ruhunu gücləndirmək baxımından əhəmiyyətli bir təcrübə oldu.

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın.

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.