Facebook Instagram YouTube

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2026-2027-ci tədris ilinə start verdi!

Xəbərlər · 15.09.2026 XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2026-2027-ci tədris ilinə start verdi!

Yeni tədris ili məktəb kollektivinin və şagirdlərin iştirakı ilə keçirilən tədbirlə başladı. Tədbir zamanı yeni tədris ilinin məqsəd və prioritetləri vurğulandı, şagirdləri qarşıda gözləyən yeni imkanlar, layihələr və fəaliyyətlər barədə məlumat verildi.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində yeni tədris ilində də şagirdlərin akademik bilikləri ilə yanaşı, onların sosial, emosional və şəxsi inkişafına dəstək verən təhsil mühitinin formalaşdırılması əsas istiqamətlərdən biri olacaq.

Müasir təhsil yanaşmaları, innovativ metodlar və beynəlxalq proqramlar əsasında təşkil olunan tədris prosesi şagirdlərin müstəqil düşünmə, yaradıcılıq, əməkdaşlıq və problem həll etmə bacarıqlarının inkişafına yönəldiləcək.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi olaraq yeni tədris ilinin hər bir şagird üçün yeni biliklər, maraqlı kəşflər və uğurlarla zəngin olması diləyir, bütün şagird və müəllim kollektivinə uğurlar arzulayırıq.

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın.

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.