Ü.T.M. – “XXI Əsr”-in məktəbə hazırlıq şöbəsində Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Burada isti ev şəraiti mövcuddur. Bunun isə bir çox üstünlükləri vardır: Yaratdığımız bu mühit uşaqların yeni şəraitə tez uyğunlaşmalarına, digər uşaqlarla ünsiyyətdə özlərini rahat hiss etmələrinə, sərbəst işləri canfəşanlıq və ruh yüksəkliyi ilə yerinə yetirmələrinə, ilin bütün bayramlarını tədbir şəklində keçirmələrinə, çevik və həssas olmalarına kömək edir. Əlverişli şərait onlar arasında ünsiyyətin qurulmasına, müstəqil oyunlara imkan yaradır, bu da təxəyyülün və obrazlı düşüncənin inkişafına böyük təsir göstərir. Qrupun fəaliyyəti stabillik, əvvəlcədən xəbərdarlıq və müntəzəmlik üzərində qurulmuşdur, nəticədə uşaqlar zorakılıq olmadan tam və effektiv təlim keçir, öz yaradıcı qabiliyyətlərini kəşf etdikcə sevinirlər. Uşaqlar onların hissiyatına təsir edən qışqırtı və məcburiyyət olmadan sakitlik və xeyirxahlıq şəraitində məmnuniyyətlə hazırlaşır, şəkil çəkir, qurur, rəqs edir, xorla oxuyur və barmaq oyunları ilə məşğul olurlar,şeir, nağıl, mahnı öyrənir, təbii ekspanatlarla işləyir,surətli və kukla tamaşaları qururlar.
Valideynlər bizim məsləhətçilərimiz və köməkçilərimizdir. Biz hər zaman ünsiyyətə açığıq.
Tərbiyəçi müəllimlər
Tərbiyəçi müəllim seçimində yüksək peşəkarlıq, uşaqlara olan sonsuz məhəbbət, onlara hər dəqiqə nəzarət etmək qabiliyyəti, həmçinin öz işini düşünərək yaradıcı yanaşma əsas götürülür.
Bizim pedaqoji kollektivdə oxumaq istəməyən adam yoxdur, ona görə ki, burada hər kəsə onun üçün maraqlı olanı seçmək imkanı var. Ən əsası- təhsil prosesindən həzz almaqdır. Yaradıcılıq atmosferi uşaqlar və müəllimlər üçün tam vəhdət yaradır. Böyüklər uşaqların yaradıcılıq tapıntılarına məftun olur və onlardan yeni şeylər öyrənirlər.
Təhsil və təlim
Bizim məqsədimiz- uşağın təbii bacarığını inkişaf etdirmək, onun öz gücünə inamını artırmaq, onda emosional kamillik, təşəbbüskarlıq və məsuliyyət hissi tərbiyə etməkdir. Tədrisimiz uşaqların ətraf aləmdə baş verənlərə marağı üzərində qurulmuşdur.
Devizimiz - yaxşı oxumaq üçün şən olmaq.
Biz bunu necə edirik?
 Həftə ərzində aşağıdakı dərslər keçilir:
Savad təlimi, riyaziyyat, ingilis və rus dilləri, intellektin inkişafı, həyat bilgisi, bədən tərbiyəsi, əmək təlimi, şahmat, rəqs.
Dərslərin müddəti 30 dəqiqədir, hər dərsdə idmana bir neçə dəqiqə ayrılır. Təhsilin əsasını uşaqların müxtəlif fəaliyyət növləri təşkil edir. Dərslərdə didaktik oyunlardan istifadə olunur, quraşdırma, mühakimə, yadda saxlama, diqqət və s. kimi keyfiyyətlər aşılanır. Uşaqlara bu inkişafetdirici oyunları təqdim edərkən onlardan bunu mükəmməl olaraq yerinə yetirmələrini tələb etmirik. Bununla biz uşaqlarda ünsiyyət, razılaşma, fikir mübadiləsi, bir- birini və özünü başa düşmək və qiymətləndirmək bacarığını təkmilləşdiririk.
Həmçinin hər dərsdə uşağın mənimsəmə, diqqət, yaddaş, təfəkkür və təsəvvürünü inkişaf etdirən çalışmalardan və oyunlardan istifadə olunur, uşağın davranışı məqsədyönlü və azad formaya yönəldilir.
Hazırlıq qrupunda tərbiyəvi işlər aşağıdakı istiqamətlərdə aparılır:
- Ekoloji hazırlıq;
- Əxlaq tərbiyəsi;
- Vətənpərvərlik ruhu;
- Estetik tərbiyə;
- Fiziki tərbiyə;
Hər il uşaqların musiqi və yaradıcı bacarıqlarını formalaşdırmaq və artırmaq üçün tamaşalar və musiqili səhnəciklər hazırlanır.
Tədris ilinin sonunda hesabat konserti verilir.
Gündəlik rejimin təşkili zamanı sərbəst uşaq fəaliyyətinin və təşkilati məşğələ formasının, kollektiv və individual oyunların, əqli və fiziki yüklənmələrin, müxtəlif fəaliyyət və istirahət vaxtlarının növbələnməsinin nəzərə alınması, onlara dəqiq yanaşma həm məşğələlərin təşkil olunmasına, həm də gəzintilərin həyata keçirilməsinə imkan yaradır.
Fəaliyyət proqramı
|
8:30 - 8:45
|
Həkim qəbulu və müayinəsi |
|
8:55 - 9:00
|
Himnin oxunması |
|
9:00 - 9:10
|
Səhər gimnastikası |
|
9:10 - 9:35
|
Səhər yeməyinə hazırlıq və səhər yeməyi |
|
9:45 -10:20
|
1-ci məşğələ |
|
10:25-10:55
|
2-ci məşğələ |
|
11:00-11:30
|
3-cü məşğələ |
|
11:30-11:50
|
Açıq havada gəzinti |
|
11:50-12:10
|
Gəzintidən qayıtma, gigiyenik qaydalara əməl olunması |
|
12:10-12:55
|
Qəlyanaltıya hazırlıq və qəlyanaltı |
|
13:00-15:00
|
Yatmağa hazırlıq və yatmaq |
|
15:00-15:30
|
Nahara hazırlıq və nahar |
|
15:30-16:00
|
4-cü məşğələ- oyunlar |
|
16:05-16:35
|
5-ci məşğələ- oyunlar |
|
16:40-17:10
|
6-cı məşğələ- intelektual oyunlar |
|
17:20-17:40
|
Təmiz havada gəzinti |
|
17:45-18:00
|
Asudə vaxt, evə buraxılış |
UŞAĞIN SUALLARINI NECƏ CAVABLANDIRMALI?
- Uşağın suallarına hörmətlə yanaşın, onlardan boyun qaçırmayın.
- Uşağın suallarına diqqətlə qulaq asın. Uşağın hansı fənn və ya hadisə ilə maraqlandığını başa düşməyə cəhd göstərin.
- Uşaqların başa düşə biləcəyi şəkildə- qısa və aydın cavablar verin, bu zaman çətin sözlərdən, kitab ifadələrindən qaçın.
- Cavab uşağı yeni biliklərlə zənginləşdirməli, gələcək müşahidələrə və düşüncələrə yönləndirməlidir.
- Uşağın suallarına qarşılıqlı cavab verərək, onu sərbəst, mütəfəkkir fəaliyyətə həvəsləndirin: -“Bəs sən necə düşünürsən?”
- Uşağın sualına cavab verərək onun duyğularına təsir etməyə çalışın, həssaslığı və ətrafdakı insanlara qarşı nəzakətli olmağı öyrədin.
- Əgər cavab uşağın başa düşməsinə çətinlik yaradırsa, bunu ona deməyə qorxmayın: “Sən hələ balacasan. Oxumağı öyrənərsən, məktəbə gedərsən- çox şeyi özün öyrənərsən və öz sualına özün cavab verərsən”.
CƏZALANDIRMAQLA FİKİRLƏŞ: - “NƏYƏ GÖRƏ?”
- Əgər siz cəzalandırım və ya cəzalandırmayım deyə düşünürsünüzsə, uşağı cəzalandırmayın- hətta siz çox yumşaq, tez inanan və qərarsız olduğunuzu fikirləşsəniz belə.
- Bir dəfəyə - bir dəfə. Uşağın günahları hüdudsuz olsa belə, hər günahına bir cəza verilməlidir.Sevgidən məhrum edərək cəzalandırmaq olmaz, heç nəyə baxmayaraq uşağı layiqli tərifdən və mükafatdan məhrum etməyin.
- Köhnəliyin müddəti. Gec cəzalandırmaqdansa heç cəzalandırmamaq yaxşıdır. Ruhən inkişafdan geri qalma riski uşağın cəzasız qalma fikrini beyninə yeritmək riskindən daha təhlükəlidir.
- Cəzalanıb – bağışlanıb. Hadisə qurtarıb, səhifə çevrilib.Uşağın həyata yenidən davam etməsinə mane olmayın.
- Təhqir etmədən. Nə olursa olsun, uşağı təhqirlə cəzalandırma.Uşaq tərəfindən bu,onun zəifliyinə qarşı öz gücümüzü göstərməklə onu alçaltmağımız kimi qəbul oluna bilər. Əgər uşaq bizim ədalətsiz olduğumuzu düşünərsə, bu zaman ona verilən cəza əks təsir göstərə bilər.
- Uşaq cəzadan qorxmamalıdır, o bizim qəzəbimizdən yox, məyusluğumuzdan narahat olmalıdır.
SEVGİNİN YETƏRSİZLİYİ HƏYATIN CƏZASINA ÇEVRİLİR VƏ BU ZAMAN CƏZAYA SEVGİYƏ VERİLƏN SON BİR ŞANS KİMİ BAXILIR |