Fiziki hazırlıq nə deməkdir? |
|   |
|
|   |
 İnsanlar hər zaman sağlamlıqlarını qorumağa çalışmışlar. Və əsrlərlə müxtəlif materiklərdə və müxtəlif dövrlərdə yaranan insan orqanizminin hazırlığı sistemi sonda hərəkətin aktivliyini özündə cəmləşdirən fiziki tərbiyə sisteminə keçdi.
Orqanizmin fiziki və zehni yükü arasında tarazlıq yaratmaq üçün hər bir insan özündə fiziki tərbiyə ilə məşğul olmaq vərdişi yaratmalıdır. Bu, sağlam həyat tərzinin fərdi sisteminin vacib şərtlərindən biridir.
Bu vərdişə yiyələnməyin ən münasib dövrü insanin hələ həyat problemlərindən uzaq olduğu yetkinlik yaşıdır. Qoyulan məqsədə nail olmaq üçün insandan yalnız güclü iradə və istək tələb olunur.
Fiziki tərbiyə proqramının realizə olunması
1. Fiziki tərbiyə dərsi.
“Ü.T.M.-XXI Əsr”-in bütün 1-11-ci sinif şagirdləri fiziki tərbiyə dərslərində böyük həvəslə məşğul olurlar. “Yüngül atletika”, “gimnastika”, “idman və hərəki oyunlar”, “su gimnastikası”, “vaterpol” bölmələri üzrə keçirilən məşğələlər uşaqların orqanizminin işafına kompleks şəklində və hərtərəfli təsir edir. Gücün və cəldliyin, dözümlülüyün və sürətin, koordinasiyanın və çevikliyin inkişafı- bunlar fiziki tərbiyə dərslərində şagirdləri gözləyir. Məktəbin həyətində, idman meydançasında və üzgüçülük dərslərorqanizmin müvazinət qüvvəsini güclənməsinə müsbət təsir edir.
2. Sağlamlıq işi
Mərkəzdə sağlamlıq işi il ərzində aparılır. Fiziki tərbiyə dərslərinin hamısında qamətin düzgünlüyü, tənəffüs gimnastikasının elementləri, yastıpəncəliliyin profilaktikası ilə bağlı məşğələlərə yer ayrılır. həmçinin, şagirdlərlə fərdi məşğələlər də aparılır.
3. İdman bayramları və yarışlar.
Mərkəzin şagirdləri məktəbdaxili və məktəblərarası yarışlarda fəal iştirak edirlər. “Şən startlar”, yüngül atletika üzrə payız və yaz birincilikləri, stolüstü tennis, futbol və basketbol turnirləri, həmçinin, Sağlamlıq günləri məktəbin idman həyatını daha da dolğun və maraqlə edir. |
|   |
17.12.2007 |