“İntellekT” Tədris Texnologiyasının yaranma tarixindən... |
|   |
|
|   |
“İntellekT” tədris texnologiyası təqribən 20 il əvvəl M.A.Ziqanovun rəhbərlik etdiyi gənc tədqiqatçılar kollektivi tərəfindən yaranmağa başladı. Moskvanın fizika-riyaziyyat təmayüllü məktəblərindən birində tədqiqatçılar şagirdlərin tədris proqramını mənimsəyərkən həddindən artıq yükləndiklərinə diqqət yetirdilər. Məsələnin həlli “Yormadan öyrətmək” adlanan müəllif proqramı oldu. İnsanın intellektual imkanlarını inkişaf etdirmək üçün nəzərdə tutulan bu proqram sonralar “İntellekT” tədris texnologiyası adlandırıldı. O zaman aparılan tədqiqatlar göstərdi ki, “İntellekT” tədris texnologiyasını tətbiq etmək uşaqlara dərs prosesində informasiyanı daha yaxşı qavramağa və təcrübədə müvəffəqiyyətlə reallaşdırmağa kömək edir. Digər tərəfdən Rusiya Federasiyasının Normal Fiziologiya İnstitutunun (РАМН) verdiyi məlumatlara əsasən bu tədris metodu şagirdlərdə yorğunluğu azaldır.
Azərbaycanın təhsil sistemində bu texnologiyanın tətbiqi
Azərbaycan təhsil sistemində bu texnologiyanı tətbiq edən ilk təhsil ocağı “Ü.T.M.-XXI Əsr”dir. Mərkəzdə dərslər elmi və texnoloji sahələri əhatə edir. Elmi sahəni əhatə edən dərslərdə (riyaziyyat, dil, ədəbiyyat, informatika, həyat bilgisi, idman) şagirdlər elmi biliklərə yiyələnir, onların psixoloji və fizioloji
sağlamlığı möhkəmlənir. Tədrisin texnoloji sahəsində dərslər şagirdlərdə əlavə maraq və bacarıqların dərinləşdirilməsi və axtarışı vasitəsidir.
“İntellekT” texnologiyası məktəb dərslərinin tətbiqi hissəsi kimi təqdim olunur və tədris planına ayrıca bir fənn olaraq salınır. Mərkəzdə hazırlıq qruplarından başlayaraq bütün siniflərdə bu texnologiya öyrənilir və tətbiq edilir. Məktəb dərslərinin tədrisində “İntellekT” texnologiyasının tətbiq edilməsi üzrə əsaslı iş aparılır.
|
|   |
15.12.2007 |