“İntellekt Marafonu - 2010” – a hazırlıq davam edir |
|   |
|
|   |
“Ü.T.M.-XXI ƏSR”- Səbail, Nəsimi, Nərimanov və Yasamal rayonunun müəllim və şagirdləri üçün “İntellekt Marafonu - 2010” – a hazırlıq treninqi keçirtdi.
Treninqdə müəllim və şagirdlər tapşırıqların növləri və həmçinin də “İntellekt” texnologiyası ilə də tanış oldular. Bu texnologiya diqqəti, düşüncəni, yaddaşı, nitqi inkişaf etdirir.
Treninqin məqsədi müəllimləri və şagirdləri aprel ayında keçiriləcək “İntellekt Marafonu - 2010” – a hazırlamaqdır.
2010 –cu ilin yanvar ayında “Ü.T.M.-XXI ƏSR”- ə Nizami, Binəqədi, Xətai, Qaradağ, Əzizbəyov, Sabuncu və Suraxanı rayonunun müəllim və şagirdləri də treninqdə iştirak edəcəklər.
9 yanvar 2010-cu il tarixində Binəqədi və Nizami rayonu məktəblərinin 355 müəllim və şagirdi Mərkəmizdə keçirilən treninqdə iştirak etdilər.
|
|   |
08.01.2010 |